Xalq artisti Naibə Allahverdiyeva "Günün sədası" proqramına qonaq  olub. 

"Unikal" xəbər verir  ki, o, proqramda özəl həyatı ilə bağlı bəzi açıqlamalar  verib. Həmçinin, N.Allahverdiyeva ikinci həyat yoldaşından ayrılması xəbərini təsdiqləyib. 

Belə ki, "İkinci həyat yoldaşınız sizi xoşbəxt etmədi? Əvvəlki kimi sizi sevmədi" sualına aktrisa belə cavab verib:

"İş o deyil ki, xoşbəxt olmursan ayrılırsan. Mən xoşbəxt qadın deyiləm. Həyat yoldaşı qadınını xoşbəxt etməlidir. O, məni xoşbəxt etmədi. O, yox, mən onu əvvəlki kimi sevmirəm. Onu qazanmaq lazım idi, itirmək yox".