Boks üzrə Azərbaycanın Əməkdar məşqçisi, SSRİ idman ustası Mahir Hüseynov koronavirus infeksiyasından dünyasını dəyişib.  

"Unikal"-ın məlumatına görə, M.Hüseynov bir müddət öncə yerləşdirildiyi tibb müəssisəsində bu gün həyatını itirib.

Qeyd edək ki,  Mahir Hüseynov Gəncə boks məktəbini yaradan şəxslərdən biri kimi tanınıb. O, onlarla Dünya və Avropa, eləcə də Azərbaycan çempionu  yetişdirib. 

Tural Əhmədov