Saatlı şəhərində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı telefon satışı mağazasının 1 otağının lambirindən ibarət tavanı 12 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"-a verilən məlumata görə, yüksək temperaturdan içəridə olan mallar əriyib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.