Sumqayıtda tək yaşayan kişi dəm qazından boğulub.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Fərdi yaşayış evində tək yaşayan 1949-cu il təvəllüdlü Əzimov Xandadaş Səttar oğlu dəm qazından boğularaq ölüb.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.