Bu gün millət vəkili Novruz Aslanov İsmayıllı rayon seçiciləri ilə videoformatda qəbul keçirib. 

"Unikal" xəbər verir ki, qəbulda iştirak edən sakinlər öncə hər həftə onların üzləşdiyi problemlərlə maraqlanan millət vəkilinə təşəkkürlərini bildiriblər. Bir çox məsələlər barədə müzakirələr aparılıb, əsasən sosial  və şəxsi məişət problemləri, işlə təminat və digər məsələlər barədə müraciətlər edilib. 

Hər bir müraciət qeydiyyata alınıb və həlli üçün lazımi addımların atılacağı sakinlərin diqqətinə çatdırılıb. Ehtiyacı olanlara müvafiq humanitar yardımların edilməsi nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, millət vəkilinin fəaliyyət qrafikinə uyğun olaraq, həftənin dördüncü günləri qəbullar keçirilir. Pandemiya qaydalarına uyğun olaraq, münasib vaxtlarda Novruz Aslanov rayona səfərlər edərək belə qəbullar keçirir. Yoluxma dinamikası nəzərə alınaraq, qəbullar video formatda da davam etdirilir.