Beynəlxalq vəziyyətin gərginləşməsi ilə əlaqədar Liberal Demokrat Partiyasının prezidenti Vladimir Jirinovski bütün Rusiya parlamentinə fövqəladə hərbi rütbələrin verilməsini təklif edib.

"Unikal" xəbər verir  ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.

"Bütün kommunist deputatlara - kapral rütbəsi, "Vahid Rusiya"  deputatlarına - leytenant  rütbəsi verilsin. Mən də general-mayor rütbəsi  almalıyam. Düzü, bu adı ilk dəfə Rusiyanın birinci prezidenti mənə verib, amma o vaxtdan bəri qərar  qüvvəyə  minməyib", - siyasətçi yazıb.

Bununla yanaşı,  Jirinovski “Komsomolskaya Pravda” radiosunun efirində Ukrayna prezidenti Vladimir Zelenski və silahdaşlarının ölkədən qaçmalı olduğunu bildirib. 

Liberal Demokrat Partiyasının lideri qeyd edib ki, Ukrayna prezidenti ilə hər hansı danışıqlar tamamilə istisna edilir. Jirinovski "Ukraynanın sonu" fikrini səsləndirib. O, ölkədə kifayət qədər enerji resursları və hətta ərzaq qıtlığının yaşandığını dilə gətirib. 

Gülayə  Mecid