Ötən gecə restoranların birində silahlı hücuma məruz qalan Ece Erkenin həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunun ölüm səbəbi bəlli olub.

"Unikal" xəbər verir ki, "CNN Türk" Kəşfiyyat rəhbəri Nihat Uludağ canlı yayımda hücumun təfərrüatlarını açıqlayıb.

Hadisənin əmlak alqı-satqısından irəli gələn kompromis məsələsi olduğu ortaya çıxıb. Belə ki, Yeşilköydə balıq restoranında şam yeməyi edən vəkil Şafak Mahmutyazıcıoğlu başqa bir masaya  dəvət olunub. Vəkil və  adı  açıqlanmayan 6 nəfər bir masa arxasında əyləşiblər. Qısa bir danışıqdan sonra masanın altından atəş açıblar. Daha sonra onlar arasında  dava olub.  Ayağa qalxan Şafak daha 4 güllə yarası alıb. Onun yardımına gələn sürücüsü də ağır  şəkildə  yaralanıb.  Ümumillikdə  7 güllə yarası  alan vəkil xəstəxanada dünyasını dəyişib.

6  cani şəxs  restoranı tərk edib. Türkiyə  mətbuatında yer alan xəbərlərə görə,  artıq  qatillərdən ikisi saxlanılıb. Digər 4 nəfərin axtarışı davam edir. 

Qeyd edək ki, Şafak Mahmutyazıcıoğlu tanınmış aparıcı, aktrisa Ece Erkenin həyat yoldaşı idi. Hadisədən sonra aparıcı şoka düşüb. Onunla  əlaqə saxlamaq mümkün olmayıb. 

Gülayə Mecid