Tibb zəlisi “Qırmızı Kitab”ın III nəşrinə daxil ediləcək.

"Unikal" xəbər verir ki, bu barədə AMEA Zoologiya İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru Elşad Əhmədov deyib. O bildirib ki, hazırda tibb zəlisinin (H.orientalis) “Qırmızı Kitab”a daxil edilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir.