Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə Bakı - Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan toyuq məhsulları daşıyan '"ATECO" markalı yük maşının sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını yolun kənarına aşıb. Qəza zamanı xəsarət alan olmasa da yük maşınına ciddi  ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov