İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qalınçaq kənd sakini Cəsarət Hüseynovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"-a verilən məlumata görə, həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.