"Neftçi" növbəti transferini gerçəkləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bakı təmsilçisi Rusiyanın "Ufa" klubundan ayrılan Azərbaycan əsilli yarımmüdafiəçi Azər Əliyevi heyətinə qatıb. 

Qeyd edək ki, 28 yaşlı Azər Əliyev Rusiyada "Ufa" ilə yanaşı, "Yenisey", "Saxalin", "Krılya Sovetov" və "Tambov" klublarının da formasını geyinib.