"DÇ-2022"nin daha bir iştirakçısı bəlli olub.

"Unikal" xəbər verir ki, İran millisi Asiya zonası üzrə seçmə mərhələnin A qrupunun 7-ci turunda İraq yığmasına 1:0 hesabı ilə qalib gələrək mundiala vəsiqəni vaxtından əvvəl təmin edib.

Bu qələbədən sonra xallarını 17-yə çatdıraraq liderliyinə möhkəmləndirən İran yığması sona 3 tur qalmış ən yaxın izləyicisi Cənubi Koreyanı 2, Birləşmiş Ərəb Əmirliklərini isə 10 xal qabaqlayır. Bu isə o deməkdir ki, komanda mundiala ən pis halda ikinci yerin sahibi kimi yollanacaq.

Qeyd edək ki, Qətərin ev sahibliyi edəcək dünya çempionatı 21 noyabr - 18 dekabrda keçiriləcək.