Məşhur basketbolçu Kobe Brayant və qızı Ciannanın həlak olduğu ərazidə xatirələri əbədiləşdirilib.

"Unikal" xəbər verir ki, Brayant və qızının ölümünün ikinci ildönümündə Kaliforniyanın Kalabas bölgəsində onların abidəsi qoyulub. Abidədə basketbolçu “Leykers”in formasında əlində top tutan qızını qucaqlayıb.

Qeyd edək ki, Kobe Brayant və qızı 2020-ci ilin yanvarın 26-da helikopter qəzasında həlak olub.