Pakistan ordusunun 10 hərbçisi Bəlucistan vilayətində terrorçu qruplaşmalarla qarşıdurma zamanı həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, terrorçular Keç rayonundakı nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Silahlı atışma nəticəsində 10 hərbçi həlak olub. Hücum edən terrorçuların 1-i öldürülüb, bir neçə nəfər isə yaralanıb. Terrorçulardan üçü sağ ələ keçirilib.