Gürcüstanda son sutkada daha 17 066 nəfərə koronavirus diaqnozu qoyulub, 30 pasiyent vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 5 397 nəfər müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 127 234 nəfər yoluxub. Onların 986 928-i sağalıb, 14 870-i isə ölüb.