"Mahkum" serialında baş rolu canlandıran aktyor Onur Tuna koronavirusa yoluxub.

"Unikal" xəbər  verir ki, 2,7 milyon izləyicisi olan "Instagram" hesabından koronavirus testinin müsbət çıxdığını bildirən aktyor "Tezliklə qayıdacağam. Hər kəsə təşəkkür edirəm" qeydini əlavə edib. Aktyor  vəziyyətinin yaxşı olduğunu və özünütəcrid rejiminə  keçdiyini də ifadə  edib.  

Qeyd edək ki,  "FOX TV"də yayımlanan "Mahkum" serialında Onur Tuna, İsmail Hacıoğlu, Seray Kaya, Melike İpek Yalova və Hayal Köseoğlu kimi məşhurlar rol alır.