Ukrayna Milli Qvardiyasının komandanı general-polkovnik Nikolay Balan tutduğu vəzifədən azad edilib.

"Unikal" xəbər verir ki, bu barədə qərar Prezident Volodimir Zelenski tərəfindən verilib. 

Milli Qvardiya komandanının işdən çıxarılmasına səbəb kimi yanvarın 27-də bir əsgərin 5 hərbçi yoldaşını öldürməsi, 5-ni isə yaralaması göstərilir.

General-leytenant Yuri Lebed Ukrayna Milli Qvardiyasının yeni komandanı təyin olunub.