ABŞ prezidenti Co Bayden Rusiyanın fevralda Ukraynanı işğal edə biləcəyi barədə xəbərdarlıq edib.

"Unikal"  "BBC"yə istinadən xəbər verir ki, bu  barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Emily Horne məlumat yayıb. Onun sözlərinə görə,  Bayden bunu Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında deyib. 

"Rusiyanın gələn ay Ukraynanı işğal edə biləcəyi açıq bir ehtimal var", - deyə  Bayden  Zelenskiyə xəbərdarlıq edib. 

Emily Horne  digər  tərəfdən KİV-ə  açıqlamasında, "Prezident bunu çox açıq şəkildə ifadə etdi" , - deyə qeyd edib. 

Gülayə  Mecid