"Ali təhsil müəssisələrində müəllimlə imzalanan müqavilədə tədrisin nəticələrinə dair onun öhdəlikləri göstərilmir,  tədqiqat öhdəliyi önə çəkilmir, ali təhsil müəssisələrinin müəllimlər qarşısında öhdəliklərinə diqqət yetirilmir və bütövlükdə, müqavilə formal xarakter daşıyırdı". 

"Unikal" xəbər verir ki, o bu barədə fikirlərini sosial şəbəkə hesabında yazıb.

Rektorun sözlərinə görə, bu gün də müəllimlə imzalanan müqavilə formal xarakter daşıyır, forma və məzmunca sovet xarakterlidir:

"Bununla universitet təhsilində sovet mirasına dair bəzi qeydlərimizi tamamlayırıq. Sabahdan etibarən universitet elmində sovet mirasına dair bəzi düşüncələrimizi bölüşəcəyik".