"Qonşudakı bir qızın gözəl anası var idi. Etdiyi pislikləri ört-basdır edirdi.  Etdiyi yaramazlıq da mənim üstümə qalırdı. Mən hər zaman müqəssir çıxırdım, o isə tərtəmiz olurdu".

"Unikal"  xəbər verir ki, bu barədə Xalq artisti Brilliant Dadaşova "Instagram" hesabında yazıb.

Onun sözlərinə görə, müğənni hər zaman haqsızlıqlarla üzləşib:

"O vaxtdan həyatın qanununu öyrənmişəm. "Arxalı köpək qurd basar" əzbərləmişəm bu qanunu. Amma geci-tezi var. Çox da gizli qalmayıb, yalanlar üzə çıxıb. Kiməsə quyu qazanlar heç vaxt xeyir tapmayıb. Ola bilər müvəqqəti tapıb. Hər şey yerində olur. Sən yazdığını yaz, bax gör Allah nə yazır. Aldığım bu dərslərin xeyri də az olmadı. Güvəndim, tək özümə. Uman yerim də qalmadı. Qartal uçar göylərdə, səmada. Arxası bərk olsa da, o da təkdir. Köpək yenə köpəkdir. Bu həyat məktəbinin bir də yararı oldu. Köpəklərdən qorunmaq qəlbin qərarı oldu. Elə o vaxtdan sevdim canavar qüdrətini, qürurlu duruşunu, dürüst əzəmətini".