Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

"Unikal" xəbər verir ki, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov sədrliyi ilə keçirilən toplantının gündəliyinə bir məsələ daxil edilib.

İclasda YAP-ın 64 rayon və şəhər təşkilatına yeni sədrlər təyin olunub.

Onların bir neçəsinin adlarını təqdim edirik:

Gəncə şəhər təşkilatı - Ramil Orucov

Sumqayıt şəhər təşkilatı - Ramiz Hüseynov

Ucar rayon təşkilatı - Şəhla Abdullayeva

Ağdaş rayon təşkilatı - Əlişah Rəcəbov

Salyan rayon təşkilatı - Elmar Əhmədov

Göyçay rayon təşkilatı - Sahib Şükürov

Daşkəsən rayon təşkilatı - Meydanəli Yolçuyev