Belarus Prezidenti Aleksandr Lukaşenko respublikada demokratiyanın inkişafını necə görür sualına cavab verərək, onun diktator adlandırılması faktını ələ salıb.

"Unikal" xəbər verir ki, bu barədə o, xalqa və Milli Məclisə müraciəti zamanı deyib. 

Lukaşenko Belarus demokratiyasının mahiyyətinin açıqlamasını istəyənlərə "mən diktatoram", - deyə cavab verib: "Mən diktatoram, demokratiyanı başa düşmək mənim üçün çətindir". 

Eyni zamanda, dövlət başçısı müasir cəmiyyətdə nizam-intizamın vacibliyini qeyd etdi ki, bu da tərəqqiyə mane olmamalıdır. O, demokratiyanı "azad dünyada və ABŞ demokratiyasının qalası"nda göründüyü kimi görmədiyini vurğulayıb. Lukaşenko həmçinin bəyan edib ki, ümumi qəbul olunmuş demokratik standartlar yoxdur: "Demokratiya xalqın gücüdür. Referendum demokratiyanın elementidir. Bunlar xalqın hüquqlarıdır". 

Ağarza Elçinoğlu