2020-ci il Qarabağ döyüşləri zamanı ölən erməni hərbçilərin qalıqlarının axtarışı bu gün Füzuli rayonunda xilasetmə dəstəsi tərəfindən həyata keçirilib.

"Unikal" xəbər verir ki, Azərbaycan tərəfi daha bir erməni hərbçisinin qalıqlarını qarşı tərəfə təhvil verib. 

Onun kimliyi məhkəmə-tibbi ekspertizasından sonra dəqiqləşəcək.

Qeyd edək ki, 2020-ci il noyabrın 13-dən Azərbaycanın Ermənistan tərəfi ilə birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1709 erməni hərbçilərinin meyiti tapılıb.

Ağarza Elçinoğlu