Sosial şəbəkələrdə Suraxanı rayonu Əmircan qəsəbəsində, Suraxanı prokurorluğunun arxasında 77-PC-269 dövlət nömrə nişanlı avtomobilin sahibinin narkotik satmasına dair görüntülər yayılıb.
DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Unikal”a bildirib ki, həmin avtomobili etibarnamə əsasında idarə edən 1983-cü il təvəllüdlü Nahid Əliyev saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə uyğun olaraq cinayət işi başlayıb.

Hazırda istintaq hərəkətləri davam etdirilir.