Abşeron rayon icra hakimiyyətində kadr islahatları aparılır.

"Unikal"ın əldə etdiyi məlumata görə Abşeron rayonunun  icra başçısı Abdin Fərzəliyev müavini İlham Quliyevi tutduğu vəzifədən azad edib.

Bununla yanaşı,  A. Fərzəliyev köməkçisi Fuad Xəlilovu,  Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afaq Həsənovanı, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin  baş məsləhətçiləri Elgün İsgəndərov və Mirqasım  Mirişlini də  işdən çıxarıb.

Ramil Zeynallı