“NATO Rusiya ilə konkret məsələlər üzrə danışıqlar masasına oturmağa və Rusiyanın narahatlıqlarını dinləməyə hazırdır”.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq açıqlama verib.

O NATO-nun Rusiya üçün təhlükə törətmədiyini vurğulayıb.

Baş katib Rusiya ilə diplomatik əlaqələrin bərpasının vacib olduğunu, NATO-nun Avropada hərbi konfliktdə maraqlı olmadıqlarını diqqətə çatdırıb.