2021-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 33,912 milyard dollardan çox təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 38,5 faiz çoxdur.

"Unikal" bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanın ixracı 22,206 milyard dollara bərabər olub və bu 2020-ci illə müqayisədə 61,6 faiz çoxdur. İxracın ümumi xarici ticarət dövriyyəsində payı 65,48 faiz təşkil edib.

Eyni dövrdə Azərbaycana idxal 10,73 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz çoxdur. İdxalın ümumi xarici ticarət dövriyyəsində payı 34,52 faiz təşkil edib.

Xarici ticarət dövriyyəsinin saldosu müsbət olub və 10,5 milyard dollar təşkil edib.