Ədliyyə naziri Abdulhamit Gül vəzifəsindən azad edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı "Rəsmi qəzet"də dərc olunub.

Abdulhamit Gülün yerinə Bekir Bozdağ təyin olunub.

Qeyd edək ki, 57 yaşlı Bekir Bozdağ ədliyyə naziri (2015-2017), Baş nazir müavini (2017-2018), həmçinin müxtəlif illərdə Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının deputatı olub.