Pakistanın Bəlucistan əyalətində kömür mədənində partlayış baş verib.

"Unikal"ın məlumatına görə, bu barədə "Sinhua" agentliyi regionun təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması idarəsinə istinadən xəbər verib.

Məlumata əsasən, mədəndə baş verən partlayış nəticəsində 5 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardan 3-nün vəziyyəti ağırdır.

Bildirilir ki, partlayışa səbəb metan qazının toplanması olub. Yerli hakimiyyət orqanları hadisənin baş vermə səbəbini araşdırmaq üçün mədəni bağlayıb.