Ermənistanın Sünik rayonunda, Gorus yolunda zəncirvari qəza qeydə alınıb.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində dörd müqaviləli hərbçi xəsarət alıb. Yaralılar Gorusda tibb mərkəzində yerləşdirilib.

Qeyd edək ki, xəsarət alanlar eyni avtomobildə olublar.

Faktla bağlı araşdırma aparılır.