Birləşmiş Millətlər Təşkilatı (BMT) maraqlı tərəfləri Ukraynada gərginləşə biləcək hər hansı addımdan çəkinməyə çağırır.

“Unikal” xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib.

“Biz inanırıq ki, bütün tərəflər vəziyyəti gərginləşdirə biləcək hər hansı bir addımdan çəkinməlidirlər”, - deyə Haq bildirib.

Qeyd edək ki, Rusiya və Çinin etirazlarına baxmayaraq fevralın 1-i BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası baş tutub. İclas ABŞ-ın təşəbbüsü ilə keçirilib. ABŞ, Ukrayna və onların Təhlükəsizlik Şurasındakı tərəfdarları yenidən Rusiyaya qarşı ittihamlar irəli sürsələr də, rəsmi Moskva ittihamları rədd edib.