Çinin paytaxtı Pekində keçirilən XXIV Qış Olimpiya Oyunlarında koronavirusa yeni yoluxma halları aşkarlanıb.

"Unikal" Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, ötən gün Oyunlara gələn 305 nəfərdən onunun analiz nəticəsi müsbət çıxıb.

Onların 6-sı idmançı və rəsmi şəxslərdir. Yerdə qalanlar isə nümayəndə heyətinin digər üzvləridir.

Qeyd edək ki, Pekin olimpiadasına fevralın 20-də yekun vurulacaq.