Hindistan kinematoqrafiyasının kadrarxası məşhur müğənnisi, bəstəkar-aktrisa Lata Manqeşkar Mumbay şəhərində vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə "NDTV" kanalı məlumat yayıb.

Bildirilib ki, aktrisa 92 yaşında koronovirusdan dünyasını dəyişib.

Qeyd edək ki, “Avara”, “Cənab 420”, “Bobbi”, “Qisas və qanun”, “Qanq, sənin suların bulanıb” kimi məşhur filmlərin mahnılarını səsləndirən L.Manqeşkar ölkəsində “Hindistan bülbülü” və “Melodiya kraliçası” adlandırılırdı. Müğənni filmlərdə 30-dan çox hind, o cümlədən marathi və benqal dillərində mahnılar oxuyub.