İspaniya La Liqasında XXIII tur davam edir.

"Unikal" xəbər verir ki, turun mərkəzi oyunu “Kamp Nou”da baş tutub.

“Barselona” öz meydanında son çempion “Atletiko”nu sınağa çəkib. Məhsuldar keçən qarşılaşmada Kataloniya təmsilçisi qalib gəlib – 4:2.

Hesabı erkən qolla Yannik Karrasko açsa da, Xavinin komandasında Xordi Alba, Qavi, Ronald Arauxo və Dani Alves fərqlənib. Luis Suaresin qolu isə Madrid təmsilçisini darmadağından xilas edib. Daninin qırmızı vərəqə almasından sonra ikinci hissənin təxminən yarısını azlıqda qalan “Barselona” üstünlüyünü əldən verməyib.

Qeyd edək ki, bu qələbədən sonra xal hesabını 38-ə çatdıran “Barselona” 4-cü pilləyə yüksəlib. Eyni sayda – 22 oyunda 2 xal az toplayan “Atletiko” 5-ci sıraya düşüb.