Prodüser Tolik Röya ilə münasibətlərinə aydınlıq gətirdi
Prodüser Tolik Röya ilə münasibətlərinə aydınlıq gətirdi

"Son zamanlar Röya ilə aramızda böyük anlaşılmazlıq yaşanıb"

Populyar prodüser Tolik müğənni Röya ilə düşmənçilik etmədiyini söyləyib. Belə ki o, yerli telekanallardan birinə açıqlamasında həmişə sözün düzünü danışdığını və sözlərinin arxasında dayandığını söyləyib:
"Sadəcə, son zamanlar Röya ilə aramızda böyük anlaşılmazlıq yaşanıb. Amma bu, yalnız ikimizə aiddir. Bunu heç kim, heç mətbuat da bilmir".
Tolik hazırda xalq artisti Aygün Kazımova üçün reallaşdırdığı layihələr hesabına gündəmdə qaldığını söyləyib.
Prodüser telejurnalistlərə qadağa qoymağı da lazım bilib. O, bundan sonra şəxsən iştirak etmədiyi verilişlərdə adının çəkilməsini qadağan edib.