"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) olaraq Azərbaycana hər zaman dəstək olmağa hazırıq".

"Unikal" xəbər verir ki, bunu təşkilatın Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı deyib.

O həmçinin bildirib ki, Azərbaycanın tibb işçiləri 2021-ci ildə "OpenWHO" platformasındakı kurslarda iştirak üçün qeydiyyatdan keçib.

H.Harmancı bildirib ki, bu, "Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihələri çərçivəsində həyata keçirilir.