ABŞ prezidenti Co Bayden Ukrayna böhranı ilə bağlı açıqlama verib.

"Unikal"  xəbər verir ki, o, Ukraynadakı vətəndaşlarına təcili olaraq ölkəni tərk etmələri barədə xəbərdarlıq edib.

Xəbərdarlıqdan dərhal sonra ABŞ-ın NBC telekanalı prezident Baydenlə müsahibədən açıqlama yayıb. 

Baydenin sözlərinə görə, "ABŞ vətəndaşları Ukraynanı dərhal tərk etməlidir və onları təxliyə etmək üçün Ukraynaya qoşun göndərməyəcəyik",  - deyə bildirib. 

Rusiyanın Ukraynaya hər an hücum edə biləcəyini qeyd edən Bayden, "Hər an hər şey yolundan çıxa bilər. Putin nəsə etməlidir" , - ifadə  edib.