“Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb”.

"Unikal" xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib. Onun sözlərinə görə, müqavilənin sistemdə qüvvədən salınması ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulur:

“Əmək müqaviləsi sistemdə qüvvədə qaldığı üçün bəzi işçilər başqa yerdə işə düzələ bilmirlər. Bizə müraciət edəndə biz onları məhkəməyə yönləndiririk. Amma yeni dəyişikliyə əsasən, Dövlət Əmək Müfəttişliyi Xidmətinə bu müqavilənin qüvvədən salınması üçün səlahiyyət veriləcək”.