Əmək Məcəlləsində müharibə iştirakçıları və müharibə veteranları üçün bəzi imtiyazlar nəzərdə tutulub.

"Unikal" xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib. Onun sözlərinə görə, bunun biri əmək müqaviləsinə ixtisarla xitam verilməsi ilə bağlıdır:

“Belə ki, 78-ci maddədə qeyd olunub ki, işəgötürən ixtisar zamanı eyni peşə xüsusiyyətlərinə malik şəxslər arasında seçim etdikdə müharibə iştirakçılarına üstünlük verməlidir. Müharibə veteranları üçün əmək məzuniyyətinin növbədənkənar istifadəsi hüququ nəzərdə tutulub. Müharibədə iştirak edən və yaralanan şəxslərə bəzi məzuniyyət hüquqları da müəyyən edilib. Əmək Məcəlləsinə hazırlanan dəyişiklik layihəsinə əsasən, Müharibə veteranlarına daha bir hüquq müəyyən edilib. Dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 120-ci maddəsində "Müharibə veteranı" adı da əlavə ediləcək”.