Türkiyəli psixoloq Haydar Dümen 92 yaşında vəfat edib. 

"Unikal" xəbər verir ki, koronavirusa yoluxan Haydar Dümen bir müddət xəstəliklə mübarizə aparsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, Haydar Dümen 1931-ci ildə Türkiyənin Uşak şəhərində doğulub. O, psixiatriya və seksologiya sahələri üzrə mütəxəssis olub. H.Dümen xüsusilə cinsi mövzulardakı problemləri yumor anlayışı ilə qələmə alaraq geniş oxucu kütləsinə sahib olub.