Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, fevralın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-9° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq.