Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 1417 yoluxma halı qeydə alınıb.

"Unikal” erməni mətbuatına istinadən verir ki, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 413 295 nəfərə çatıb.

Son sutka ərzində infeksiyadan 25 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 8 278 nəfərə yüksəlib.