Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev mart ayının ortalarında xalqa müraciət edəcək.

"Unikal"  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Tokayevin mətbuat katibi Berik Uali açıqlayıb.

Onun sözlərinə görə, Prezident yanvar ayında baş vermiş kütləvi iğtişaşlarla bağlı aparılan araşdırmanın nəticələrindən danışacaq.