Bakıda mərkəzi yol bağlandı
Bakının mərkəzində daha bir yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Lent.az-ın məlumatına görə, Xətai rayonu ərazisində Xocalı prospektindən Yusif Səfərov küçəsinə giriş və çıxış tamamilə bağlanılıb. Səbəb isə Xocalı prospektinin bəzi hissələrində yolun asfalt örtüyünün dəyişdirilməsidir.

Yol polisi bu istiqamətdə hərəkət dən nəqliyyat vasitələrini alternativ yollara yönəldir.