Ermənilərlə qohumluğu olan məmurlar

Elə şəxslər var ki, mütəmadi olaraq erməni qohumları ilə Rusiyada, əsasən Saratov şəhərində tez-tez görüşür

Bu günlərdə Bakı metropoliteninin rəisi Tağı Əhmədovun verdiyi açıqlama gündəmdə qalmaqdadır. Tağı Əhmədov bildirmişdi ki, Gülər Əhmədovanın nənəsi ermənidir və belələri çoxdur. İndi isə məsələyə millət vəkili Fəzail Ağamalı münasibət bildirib və maraqlı faktlar açıqlayıb:-“İndi vəzifə tutanlar arasında anası və ya həyat yoldaşı erməni millətindən olanlar var. Ancaq bu adamları günahlandıra bilmərik. Ancaq elələri də var ki, Əkrəm Əylisli kimi, yaşadığı ölkəyə xəyanət edir".

“Hakimiyyətdə o cür adamlar varmı” sualına cavab olaraq F.Ağamalı bəzi faktların olduğunu deyir: “Təbii ki, hakimiyyətdə belə qarışıq olanlar var. Amma mən şəxsən bu barədə araşdırma aparmamışam, ətraflı məlumatlarım yoxdur. Kimin anasının və ya arvadının, yaxud bir qohumunun erməni olduğu haqda bilgilərim yoxdur. Açığı insanların şəxsi həyatına müdaxilə etməyin, ailəsi ilə bağlı məlumat toplamağın əleyhinəyəm. Ancaq tanıdığım adamlar var ki, onun anasının erməni olduğunu bilirəm. Bilirəm ki, anası ölərkən onu klarnetlə götürüb. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimovun anası başqa millətin nümayəndəsi olub və onu ölərkən müsəlman adətləri ilə deyil, xristian kimi klarnet musiqisinin müşayiəti ilə dəfn ediblər. Bunu mən bilirəm və deyirəm. Amma başqaları haqda bilgim yoxdur. Maraqlıdır, bəs hakimiyyətdə təmsil olunan və ermənilərlə qohumluğu olan şəxslər nəzarətdədirmi? Öncəliklə bunu qeyd edək ki, hakimiyyət rəsmi şəkildə bəyan edib ki, Azərbaycanda 30 min erməni yaşayır. Amma bunu da qeyd edək ki, elələri də var ki, ermənilərlə qatışıqlıqları var və bunu gizlətməyə çalışırlar. Məhz bu cür şəxslər müəyyən vəzifələrdə çalışırlar. Hüquqşünas Elxan Həsənov “Unikal”a açıqlamasında bildirib ki, belə şəxslərə qarşı diskriminasiya etmək olmaz və bu beynəlxalq aləmdə nüfuzumuza böyük zərbə ola bilər. Onun sözlərinə görə sadəcə bu şəxslərin üzərində ictimai nəzarət yaratmaq olar ki, hansısa neqativ halların qarşısı alınsın. Hüquqi baxımdan isə onlara hansısa qadağaları tətbiq etmək sadəcə mümkünsüzdür.

Bunu da qeyd edək ki, ermənilərlə qohumluğu olan elə şəxslər var ki, mütəmadi olaraq erməni qohumları ilə Rusiyada, əsasən Saratov şəhərində tez-tez görüşür və bəzən bu görüşlər Azərbaycanın maraqlarına zərbə də olur. Məsələn bu günlərdə dövrü mətbuatda da yayıldı ki, anası erməni olan və Azərbaycanda yüksək vəzifə sahibi olan bir şəxs tez-tez dayısı ilə görüşür. Dayısı isə Qarabağ savaşında ermənilərlə bir sırada Azərbaycana qarşı savaşanlardan olub. Bunu da qeyd edək ki, Azərbaycandan fərqli olaraq Ermənistanda nəinki vəzifədə azərbaycanlı qatışığı olan məmur var, ümumiyyətlə heç azərbaycanlı yoxdur. Dəfələrlə Ermənistan ölkədə azərbaycanlıların olduğunu desədə bir ailə belə tapıb nümayiş etdirə bilmədilər. Amma Azərbaycanda son zamanlar ermənilər kifayət qədər aktivləşib və hətta məhkəmə yolu ilə mənzillərini qaçqın və məcburi köçkünlərdən geri də alırlar. Bu arada görünən başqa maraqlı bir məqam isə süni şəkildə bir erməni sevgisinin yaradılması məqamıdır. Yazıçı Əkrəm Əylislinin məlum romanı isə bu sevginin pik nöqtəsi oldu. Çox qəribədir ki, bəzi ziyalılar Əkrəm Əylislinin bu əməlinə bəraət belə qazandırmağa çalışdılar. Yeri gəlmişkən bunu da qeyd edək ki, Rüstəm İbrahimbəyovda bu sırada aktivistlərdəndir. Hətta o etiraf da etmişdi ki, Bakıda bir zamanlar yaşayan ermənilərlə dostluğunu davam etdirir və onlardan birini Bakıya da dəvət edibmiş.

Ekspertlər hesab edir ki, bu halların qarşısını almaq üçün hüquq-mühafizə orqanları ilk növbədə hərəkətə keçməlidir. Çünki bu gün Ermənistan Azərbaycana qarşı total informasiya savaşı aparır və belə şəxslərdən məharətlə istifadə olunur. Bundan başqa son zamanlar dövlət məmurlarının rahat şəkildə istədikləri vaxt ölkəni tərk etmələri də nəzərə alınmalıdır. Çünki məhz bu cür səfərlər müəyyən məqamlarda Azərbaycanın maraqlarına uyğun olmayan addımların atılmasına səbəb olur. Həmçinin bunu da qeyd edək ki, bu gün elə oliqarx-məmurlar var ki, onların Gürcüstanda və Rusiyada biznesləri var və bu bizneslərin idarə olunmasında bəzən ermənilərdən də istifadə edirlər.
Azərbaycanda erməni sevgisi