AFFA İntizam Komitəsi "Qəbələ" klubunu cəzalandırıb.

"Unikal" xəbər verir ki, buna Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la ev oyununda "qırmızı-qaralar"ın 4 oyunçusunun sarı vərəqə alması səbəb olub.

Qərara əsasən, klub 800 manat cərimələnib.

Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.