Sıra “Ağ Otel”dədir

Prezident İlham Əliyevin son açıqlaması bütün sahələrdə öz təsirini göstərməkdədir. Artıq bir sıra rayon icra başçıları görəvlərindən alınıb, hansısa cinayətlərdə iştirak etsələrdə mövqelərinə görə azadlıqda qalanlar həbsə atılıb və korrupsiyaya qarşı mübarizə daha da gücləndirilib. Bunların fövqündə diqqəti cəlb edən məqamlardan biri də ölkədə ki, əxlaqsızlıq yuvalarına qarşı aparılan mübarizədir. Hətta ABŞ Dövlət Departamentinin hesabatında da əks olunmuşdu ki, Azərbaycanda fəaliyyət göstərən əxlaqsızlıq yuvalarına yüksək çinli məmurlar nəzarət edir və bu səbəbdən problem həll olunmadan qalır. Amma bu gün deyəsən tilisim sınır. Abşeron rayonunun Masazır qəsəbəsi bu gün əxlaqsızlıq yuvasının demək olar ki, mərkəzinə çevrilib. Qəsəbədə fəaliyyət göstərən kafe və otellərin bir qismi bu məsələdə ad çıxarıb. Elə buna görə də ilk iş Masazır qəsəbəsindən başlayıb. Belə ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları həyata keçirdikləri tədbirlər nəticəsində Masazır qəsəbəsindəki "Ekzotika" kafesində, oranın sahibi, Xırdalan şəhər sakini Adil İmamverdiyevin əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.Əldə etdiyimiz məlumata görə hazırda elə bu qəsəbə də fəaliyyət göstərən “Ağ Otel”lə də bağlı araşdırmalara hazırlıq görülür. Qeyd edək ki, Masazır qəsəbəsində yerləşən “Ağ otel”öncələr “Neftçi” futbol klubunun bazası kimi inşa olunubdur. Amma tikinti işləri başa çatanda məlum olub ki, əslində bu oteldir və ən pisi də odur ki, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, “Ağ Otel”in sahiblərinə məxsus digər obyektlər də var. Bunlar isə Biləcəri qəsəbəsindəki “Ağsaray” restoranı, Mehdiabad qəsəbəsində fəaliyyət göstərən “Ağ market” ticarət mərkəzidir. Əldə etdiyimiz məlumatlarda elə həmin obyektlərdə də “Ağ Otel”də olduğu kimi qanunun tələblərinə məhəl qoyulmadığı bildirilir.Bunu da qeyd edək ki, “Unikal” qəzeti olaraq məlum otellə bağlı müəyyən araşdırmalar aparıb və bunun nəticələrini qəzetdə dərc etmişik. Amma məlum əxlaqsızlıq yuvasının arxasında dayanan qüvvə otelin bağlanmasını əngəlləyib və hazırda da fəaliyyət göstərməkdədir. Hətta bu otelə himayə edən güc o həddədir ki, bu günə qədər Abşeron rayon Polis İdarəsi otellə bağlı heç bir addım ata bilmir, bəzi məqamlarda isə orda baş verənlərə göz yummalı olur. “Unikal” qəzeti olaraq dəfələrlə Abşeron rayon Polis İdarəsinə etdiyimiz müraciətlərdə məhz bu səbəbdən cavabsız qalıb. Amma indi vəziyyət dəyişib. Qeyd edək ki, hazırda əksər dövlət məmurlarının əmlakı siyahıya alınır və bununla da korrupsiyaya qarşı mübarizənin yeni dalğası başlayacaq. Məhz bu siyahıya alınmaya görə artıq bəzi məmurlar müəyyən obyektlərə himayədarlıq etməkdən də imtina etmək məcburiyyətində qalıblar. Bu səbəbdən ehtimal etmək olar ki, yaxın günlərdə “Ağ Otel”ində əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsinin qarşısı alınacaq. Bu otelin həqiqətən də əxlaqsızlıq yuvası olmasını müəyyənləşdirmək üçün isə ya yerli sakinləri danışdırmaq, ya da gün ərzində otelə getmək kifayət edər. Sonda bunu da nəzərinizə çatdıraq ki, “Unikal” qəzetinin müraciətindən sonra Vergilər Nazirliyi məlum obyektdə araşdırma aparıb və kifayət qədər qanunsuzluqlar aşkarlamışdı. İnanırıq ki, yaxın günlərdə İnsan Alverinə qarşı Mübarizə İdarəsi də məlum oteldə araşdırmalara başlayıb,reallığı ortaya çıxaracaq.