Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən ötən il aşkar edilən cinayət faktları üzrə 118 cinayət işi başlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Qeyd edilib ki, keçirilən 55 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 73 şəxs cinayət başında yaxalanıb, habela axtarışda olan 13 nəfər saxlanılıb.