Ötən il Azərbaycanda 612 özünü öldürmə hadisəsi qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Bildirilib ki, baş verən intihar hadisəsindən 438-i kişi, 147-si isə qadın tərəfindən törədilib. Onlardan 313 nəfəri evli, 299 nəfəri isə subay olub.