UEFA Avropa Liqasında 1/8 final mərhələsinin daha bir ilk oyunu keçirilib.

"Unikal" xəbər verir ki, günün açılış matçında "Sevilya" İspaniyada İngiltərənin "Vest Hem" klubunu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 60-cı dəqiqədə Munir El-Haddadi vurub.

Komandalar arasında cavab matçı martın 17-də oynanılacaq.

Qeyd edək ki, ilk oyun günündə Fransa "Lion"u Portuqaliyada "Portu"nu 1:0, Almaniya "Ayntraxt"ı isə İspaniyada "Betis"i 2:1 hesabı ilə məğlub edib.